FHN batan 3 nəfəri xilas edib

FHN batan 3 nəfəri xilas edib
  05 İyul 2017    Oxunub:988
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Neftçala şəhərində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
AzVision.az ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.

Anoloji hadisə Şirvan şəhərində də qeydə alınıb. Bir 1 nəfər Kür çayında çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhəri, Sabunçu rayonunda da 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Həmin şəxs də xilas edilib.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti