Bakıda doğuş zamanı ana ölüb

Bakıda doğuş zamanı ana ölüb
  05 İyul 2017    Oxunub:2072
Bakıda 7 saylı doğum evində ana ölümü hadisəsi baş verib.
Səhiyyə Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a verdiyi məlumata görə, Türanə Məmmədova Xroniki Qepoksiya diaqnozu ilə dünən 7 saylı doğum evinə daxil olub.

“Həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılmış 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlayıb. Bütün lazımi reanimasiyon tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında Türanə Məmmədovada bioloji ölüm baş verib”.

S.Əhmədova onu da qeyd edib ki, meyitin patoloji anatomik müayinəsi təşkil edilib: “Hazırda nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr məlum olandan sonra açıqlama veriləcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Ana-ölümü   Bakı  





Xəbər lenti