Hacıbala Abutalıbovun yaxası Ali Məhkəmənin əlində

Hacıbala Abutalıbovun yaxası Ali Məhkəmənin əlində
  06 Sentyabr 2013    Oxunub:1247
Bir qrup müxalifətçinin Bakı Şəhər İcra Hakimiyyəti ilə çəkişməsi Ali Məhkəməyə gedib.
Məlumatı “Media forum” saytına Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafayev verib.

Müsavat başqanının müavini Gülağa Aslanlı, AXCP sədrinin müavini Asəf Quliyev və Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Azər Canıyev 2012-ci il oktyabrın 13-də Parlament prospektindən keçməklə Milli Məclisin qarşısınadək yürüş-mitinqin keçirilməsinə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Meriya həmin ərazidə yürüş-mitinqə icazə verməyib. Təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qərarının qanunsuz sayılması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər. Məhkəmə şikayəti təmin etməyib, Bakı Apellyasiya Məhkəməsi də meriyanın xeyrinə qərar verib.

Ali Məhkəməyə göndərilən şikayətdə aksiyaya icazə verilməsinin meriyanın üzərinə bir vəzifə kimi qoyulması tələb olunur.


Teqlər:  





Xəbər lenti