Xəzər daha bir can aldı

Xəzər daha bir can aldı
  04 İyul 2017    Oxunub:1480
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1971-ci il təvəllüdlü Rövşən Arif oğlu Hüseynovun cəsədini sudan çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat bu gün saat 08:05-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti