Bakıda 6 nəfər liftdə qalıb

Bakıda 6 nəfər liftdə qalıb
  04 İyul 2017    Oxunub:1233
Bakıda liftdə qalmış 6 nəfər xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 6 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

AzVision.az


Teqlər: FHN   Bakı   Lift  





Xəbər lenti