Dənizdə batan 2 nəfər xilas edilib

Dənizdə batan 2 nəfər xilas edilib
  04 İyul 2017    Oxunub:2978
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:23-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti