Dənizdə batan modelin meyiti tapıldı

Dənizdə batan modelin meyiti tapıldı
  29 İyun 2017    Oxunub:6287
Bakıda dənizdə batan modelin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Günel Mirzəyevanın meyiti iyunun 29-da səhər saatlarında aşkar edilərək sudan çıxarılıb.

Qeyd edək ki, Günel Mirzəyeva bir neçə gün əvvəl Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta çevrilib. Nəticədə G. Mirzəyeva dənizdə batıb.

Xatırladaq ki, G. Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.

AzVision.az


Teqlər: Model   Dəniz  





Xəbər lenti