Mədəniyyət evinin kondisionerləri oğurlanıb

Mədəniyyət evinin kondisionerləri oğurlanıb
  29 İyun 2017    Oxunub:1212
Tovuzda 26 kondisioneri oğurlayan Gəncə sakini tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 22-də Bozalqanlı kəndindəki Mədəniyyət evinin həyətindəki yardımçı otaqdan ümumi dəyəri 9800 manat olan 26 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Tahir Orucov tutulub.

AzVision.az


Teqlər: Oğurluq   Kondisioner   DİN  





Xəbər lenti