Yasamalda bədbəxt hadisə olub

Yasamalda bədbəxt hadisə olub
  28 İyun 2017    Oxunub:1590
Hacıqabul sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə iyunun 27-də saat 11.00 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Hacıqabul rayon sakini Xəyal Abdullayev ehtiyatsızlığı nəticəsində həmyerlisi Rauf Ağayevin idarə etdiyi "Ford" markalı yük avtomobilinin təkərinin altına düşüb.

Xəstəxanaya yerləşdirilən X. Abdullayev orada ölüb.

AzVision.az


Teqlər: Hacıqabul   Yasamal   DİN  





Xəbər lenti