Şəmkirdə 3 otaqlı ev yanıb

Şəmkirdə 3 otaqlı ev yanıb
  28 İyun 2017    Oxunub:1140
Şəmkirdə yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Şəmkir rayonu, Dəllər Daşbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Şəmkir   Yanğın  





Xəbər lenti