Bakıda Formula-2 yarışlarına start verilib
Hazırda Şarl Lekler (Monako, Prema Racing), Antonio Fuoko (İtaliya, Prema Racing), Luiz Deletraz (İsveçrə, Racing Engineering), Qustav Malya (İsveç, Racing Engineering), Luka Qiotto (İtaliya, RUSSIAN TIME), Artyom Markelov (Rusiya, RUSSIAN TIME), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix), Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Oliver Rouland (Böyük Britaniya, DAMS), Nikolas Latifi (Kanada, DAMS), Ralf Boşunq (İsveçrə, Campos Racing), Robert Visou (Rumıniya, Campos Racing), Sergio Sette Kamara (Braziliya, MP Motorsport), Cordan Kinq (Böyük Britaniya, MP Motorsport), Nabil Ceffri (Malayziya, Trident), Sergio Kanamasaz (İspaniya, Trident), Nik De Vries (Niderland, Rapax), Coni Sekotto (Venesuela, Rapax), Norman Nato (Fransa, Pertamina Arden) və Şon Gelael (İndoneziya, Pertamina Arden) qüvvələrini sınayır.
Qeyd edək ki, Bakıda Formula 2 yarışının 7-8-ci mərhələlələrinin sıralama turu keçirilib. Sıralama turunda ən yaxşı nəticəni “Prema Racing” komandasından Şarl Lekler göstərib - 1:52.129. Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə üçüncü olub.
Eldar Tanrıverdiyev
AzVision.az