Ağstafada ″Qrad″ raketi aşkarlanıb

Ağstafada ″Qrad″ raketi aşkarlanıb
  23 İyun 2017    Oxunub:1287
İyunun 22-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminin məlumatlarına əsasən, Ağstafa rayonunun Saloğlu kəndində bir otlaq sahəsinə baxış keçiriblər. Baxış zamanı bir ədəd 122 millimetrlik “Qrad” raketi (9M22U) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
ANAMA-dan AzVision.az-a bildiriblər ki, agentlik tərəfindən yanvarın 1-dən iyunun 22-dək, ümumilikdə,

5 min 779 partlamamış hərbi sursat, tank əleyhinə 191 mina və piyada əleyhinə 30 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 398 min 639 kvadratmetr ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Ağstafa   Qrad  





Xəbər lenti