İraq vətəndaşları Şabranda qəzaya düşüblər - Video

İraq vətəndaşları Şabranda qəzaya düşüblər - Video
  22 İyun 2017    Oxunub:1547
Bakı-Quba yolunun Şabranın Sincanboyan kəndinin ərazisindən keçən hissəsində qəza baş verib.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, "Daevo nexia" markalı maşının aşması nəticəsində 3 nəfər yaralanıb.

İraq vətəndaşları 65 yaşlı Abdul Mütalib Mövlud, 69 yaşlı Məhəmməd Sədi İsmayıl və Bakı sakini 46 yaşlı Tərlan Həsənov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Onlara müvafiq yardımlar göstərilib, daha sonra müalicələrini davam etdirmək üçün paytaxtdakı xəstəxanalardan birinə göndəriliblər.



AzVision.az


Teqlər: Quba   Qəza   İraq  





Xəbər lenti