Arvadını və körpəsini öldürən qatil ağladı - VİDEO

Arvadını və körpəsini öldürən qatil ağladı - VİDEO
  22 İyun 2017    Oxunub:1921
"Sözümə baxmırdı, evdən qaçırdı"
Daşkəsən rayonunun Şahvələdli kəndində həyat yoldaşını və övladını qətlə yetirən şəxs saxlanılıb.

Kənd sakini 38 yaşlı Raqif Ələkbərov ailə münaqişəsi zəmnində qeyri-rəsmi nigahda olduğu həyat yoldaşı 37 yaşlı Kamilə Məmmədovanı və yenicə doğulan körpəsini qətlə yetirib. Cinayət törədən şəxs daha sonra həmin ərazini tərk edərək Göygöl rayonuna qohumlarının yaşadığı ünvana gəlib.

Hadisədən səhər saatlarında xəbər tutan qonşular dərhal Daşkəsən rayon Polis Şöbəsinə məlumat veriblər.

İlkin dindirmə zamanı törətdiyi cinayəti etiraf edən Raqif Ələkbərov hadisə vaxtı ağır dərəcli sərxoş olduğunu bildirib. Həyat yoldaşını isə onun sözünə qulaq asmadığı üçün öldürdüyünü deyib. Kamera qarşısında göz yaşlarına hakim ola bilməyən qatil olanları bu cür nəql edib.

Raqif Ələkbərov - saxlanılan şəxs: "Sözümə baxmırdı. Bir dedim, iki dedim, üç dedim. Evdən qaçırdı. Qaçdığına görə mən də məcbur olub araqdan içib o dərəcəyə çatdım ki, onu vurdum".

Raqif Ələkbərov rəsmi və qeyri rəsmi 6 dəfə ailəli olub. Əvvəllər də bir dəfə məhkumluq həyatı yaşayan şəxs yenidən qanun qarşısında cavab verəcək. (ARB TV)



AzVision.az


Teqlər: Qətl   Həbs   Cinayət  





Xəbər lenti