Bakıda ofisə basqın edilib

Bakıda ofisə basqın edilib
  22 İyun 2017    Oxunub:1556
Bakı şəhərində ofisə basqın edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də paytaxtın Xətai rayonu ərazisindəki ofislərdən birində gözətçi işləyən Hüseyn Dünyamalıyevin mobil telefonunu və 160 manat pulunu, habelə ofisdə olan 3560 manat pulu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən paytaxt sakini Kamran Süleymanov yaxalanıb.

AzVision.az


Teqlər: Ofis   Basqın  





Xəbər lenti