Gənclərə uğurlu biznes qurmağın sirləri öyrədilib

Gənclərə uğurlu biznes qurmağın sirləri öyrədilib
  21 İyun 2017    Oxunub:1488
“Gənclik Təşəbbüsləri” İctimai Birliyi “Mən sahibkar oldum” adlı layihənin icrasını yekunlaşdırıb. Layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırılıb.
Layihə çərçivəsində Gəncədə və Bakıda təlim-seminarlar keçirilib. Təlim-seminarlarda 100-dən çox gəncə uğurlu biznesləri olan təlimçilər tərəfindən “Sahibkar olmanın sirləri”, “Biznes nə istəyir?”, eləcə də hansı biznes predmetindən istifadə etməli, biznes plan və onun hazırlanması, heyət seçimi, biznesin marketinq strategiyasının hazırlanması və bu qəbildən bir çox mövzularla bağlı təqdimatlar olub, gənclərin sualları cavablandırılıb.

Sonda təlim-seminarların iştirakçıları sertifikatlarla təltif olunublar.


Teqlər:





Xəbər lenti