5 yaşlı uşağın qətli ilə bağlı rəsmi məlumat

5 yaşlı uşağın qətli ilə bağlı rəsmi məlumat
  21 İyun 2017    Oxunub:1750
Daxili İşlər Nazirliyi Qusarda azyaşlının öldürülməsi ilə bağlı məlumat yayıb.
AzVision.az -ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

AzVision.az


Teqlər: Qətl   DİN   Qusar  





Xəbər lenti