Qusarda 6 otaqlı ev yanıb

Qusarda 6 otaqlı ev yanıb
  21 İyun 2017    Oxunub:1727
Qusar rayonunda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Qusar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünun yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Qusar   Yanğın   FHN  





Xəbər lenti