Sabirabadda ata və oğlu faciəvi şəkildə öldü

Sabirabadda ata və oğlu faciəvi şəkildə öldü
  21 İyun 2017    Oxunub:1933
Hacıqabul-Bəhramtəpə magistralının Sabirabad rayonun Nizami kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnə yol nəqliyyat hadisəsi baş verib.
Saatlı rayonunun Mircəlal kənd sakinin idarə etdiyi, “VAZ 2106” markalı 52 BB692 dövlət nömrə nişanlı minik avtomobili ilə Qazax rayon sakini, Aqil Nuriyevin idarə etdiyi “Shachman” markalı 99 ZB 573 dövlət nömrə nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində sürücü, Saatlı rayonu Mircəlal kənd sakini 1958-ci il təvəllüdlü Astanov Həsənxan Hüseynxan oğlu və onun oğlu 1989-cu il təvəllüdlü Astanov Dəyanət hadisə yerində ölüblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan şəhər Yanğından Mühafizə Xidmətinin xilasediciləri cəlb edilib. Onlar xüsusi avadanlıqlar vasitəsilə avtomobildə sıxılıb qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Qəza   Ölüm   Sabirabad  





Xəbər lenti