Bakıda məsciddə dava düşüb

Bakıda məsciddə dava düşüb
  20 İyun 2017    Oxunub:1873
Bakıda məsciddə dava düşüb, gənc oğlan döyülüb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, "Məşədi Dadaş" məscidində 1999-cu il təvəllüdlü Nəcəfli Toğrul Vilayət oğlu həmyaşıdları ilə mübahisə edib. Nəticədə o, döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Bakı   Məscid   Dava  





Xəbər lenti