Evdə qadın meyiti tapılıb

Evdə qadın meyiti tapılıb
  20 İyun 2017    Oxunub:1147
Gəncədə mənzildə qadın meyiti aşkar edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1934-cü il təvəllüdlü Cəlilova Almaz Bəhram qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:26-da başa çatıb.

AzVision.az


Teqlər: Gəncə   FHN   Mənzil  





Xəbər lenti