Salyanda 4 otaqlı ev yanıb

Salyanda 4 otaqlı ev yanıb
  20 İyun 2017    Oxunub:1145
Salyanda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Salyan rayonu, Boranıkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 128 m2 olan birmərtəbəli 4 otaqlı qamışdan ibarət evin 3 otağının yanar konstruksiyaları 119 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Salyan   FHN   Yanğın  





Xəbər lenti