İsmayıllıda 3 otaqlı ev yanıb

İsmayıllıda 3 otaqlı ev yanıb
  15 İyun 2017    Oxunub:1204
İsmayıllıda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İsmayıllı rayonu, İstisu kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan mansard tipli birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: İsmayıllı   FHN   Yanğın  





Xəbər lenti