Bakıda iki nəfər intihara cəhd edib

Bakıda iki nəfər intihara cəhd edib
  14 İyun 2017    Oxunub:1314
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin intihar etmək məqsədi ilə çoxmərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.

Vətəndaşlar aidiyyəti üzrə təhvil veriliblər.

AzVision.az


Teqlər: FHN   Bakı   İntihar  





Xəbər lenti