78 yaşlı qadını öldürən şəxs tutulub

78 yaşlı qadını öldürən şəxs tutulub
  13 İyun 2017    Oxunub:1027
İyunun 10-da Füzuli rayonunun Babı kəndində 78 yaşlı Lyuba Babayevanın baş nahiyəsində xəsarətləri olan meyiti evində tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanılıb.

Baş Cinayət Axtarışı İdarəsi, Füzuli RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yaqub Abbasov yaşadığı Sumqayıt şəhəri ərazisində tutulub.

AzVision.az


Teqlər: qətl   DİN  





Xəbər lenti