Bakıda səfir qəzaya düşdü

Bakıda səfir qəzaya düşdü
  13 İyun 2017    Oxunub:2216
Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo yol qəzasına düşüb.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu, Atatürk prospekti 58 ünvanının qarşısında baş verib. Səfirin idarə etdiyi “Toyota Prado” markalı, 048 D 002 dövlət qeydiyyat nişanlı xidməti avtomobil “Audi” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.

Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Bakı   Səfir   Qəza  





Xəbər lenti