Bakıda qəza ölümə səbəb oldu

Bakıda qəza ölümə səbəb oldu
  10 İyun 2017    Oxunub:1514
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 9-da saat 11 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Abşeron rayon sakini Nurlan Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə onun sərnişinlərindən həmyerlisi Sadiq Məsiyev hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti