Ofisdən pul oğurlandı

Ofisdən pul oğurlandı
  10 İyun 2017    Oxunub:1134
Bakıda ofisdən xeyli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 15-də Bakı şəhər sakini Etibar İsgəndərov Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edib rayon ərazisində yerləşən ofisində, ona məxsus çantadan 3160 manat və 700 ABŞ dolları pul oğurlandığını bildirib.

Yasamal RPİ 26-cı PB əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sənan Rüstəmov tutulub.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti