Şirvanda inzibati bina yanıb

Şirvanda inzibati bina yanıb
  10 İyun 2017    Oxunub:1237
Şirvanda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şirvan şəhərində inzibati binanın ərazisində 10 ədəd şam ağacı və ümumi sahəsi 40 m2 olan otağın giriş qapısı yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. İnzibati bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Şirvan   Yanğın  





Xəbər lenti