Balaxanı yolunda hərəkət məhdudlaşdırılır

Balaxanı yolunda hərəkət məhdudlaşdırılır
  09 İyun 2017    Oxunub:1508
Bu gün təmir işləri ilə əlaqədar Balaxanı yolunda hərəkət məhdudlaşdırılır.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzVision.az-a bildirib ki, asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Qismən məhdudlaşma 2 gün ərzində qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər: Azəravtoyol  





Xəbər lenti