Sabunçuda inzibati bina yanıb

Sabunçuda inzibati bina yanıb
  08 İyun 2017    Oxunub:1093
Bakının Sabunçu rayonunda fəaliyyət göstərməyən beşmərtəbəli inzibati binada yanğın olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 900 m2 olan 1-ci mərtəbəsində otaqların döşəməsi 71 m2 sahədə və 2-ci mərtəbədə yaşayış üçün nəzərdə tutulmuş sahəsi 160 m2 olan mənzillərin yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Sabunçu  





Xəbər lenti