Bakı sakini yanaraq öldü

Bakı sakini yanaraq öldü
  07 İyun 2017    Oxunub:1569
Sarayda yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 6-da saat 19.00 radələrində Sumqayıt şəhərinin Saray bağlar sahəsində Bakı şəhər sakini Rasim Rəsulova məxsus evdə elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib.

Nəticədə mətbəxin 12 kv.m yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin tüstüdən boğulmuş meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Sumqayıt   Saray  





Xəbər lenti