Paytaxtda 2 ev yanıb

Paytaxtda 2 ev yanıb
  07 İyun 2017    Oxunub:1307
Bu gecə paytaxt Bakıda 2 ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 16 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Xətai rayonunda olub. Rayonda vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxində 5 m2 sahədə ev əşyaları yanıb və yüksək temperaturdan mətbəxin plastik qapısı və kondisioner əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı  





Xəbər lenti