Bakı məktəbində şagird bıçaqlandı

Bakı məktəbində şagird bıçaqlandı
  06 İyun 2017    Oxunub:1555
Bakıda orta məktəbdə bıçaqlanma olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 85 saylı orta məktəbdə 11-ci sinif şagirdi, 17 yaşlı Turan Vüqar oğlu Əliyev məktəb yoldaşı, 17 yaşlı Tərlan Vasif oğlu Hacıyev tərəfindən bıçaqlanıb. Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi araşdırma aparır.

AzVision.az


Teqlər: Bakı   Məktəb   Bıçaqlanma  





Xəbər lenti