Bakıda iki ev yanıb

Bakıda iki ev yanıb
  05 İyun 2017    Oxunub:1686
Bu gün Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 264 m² olan mansard tipli birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda digər vətəndaşa məxsus ümumi sahəsi 117 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 99 m² sahədə yanıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti