Saatlı və Qubada ev yanıb

Saatlı və Qubada ev yanıb
  05 İyun 2017    Oxunub:1381
Bu gecə Saatlı və Qubada yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Saatlı rayonu, Mircəlalkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.

Quba rayonu, Susay kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan ikimərtəbəli (hər mərtəbəsi 100 m2 olan) mansard tipli evin yanar konstruksiyaları 180 m2 sahədə yanıb. 1-ci mərtəbədə 1 otaq yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Quba   Saatlı  





Xəbər lenti