Natiq Əliyevin vəziyyəti ağır-stabildir - (Yenilənib)

Natiq Əliyevin vəziyyəti ağır-stabildir -  (Yenilənib)
  04 İyun 2017    Oxunub:23452
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir. Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.
Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.

***

Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva nazir Natiq Əliyevin səhhətində problemin olması ilə bağlı açıqlama verib.

Nazirlik rəsmisi təsdiqləyib ki, energetika naziri Natiq Əliyevin səhhətində problem yaranıb.

Onun sözlərinə görə, nazirin ürəyində problemlər olduğundan o, Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.

Hazırda nazir həkimlərin nəzarətindədir. (APA)

AzVision.az


Teqlər: Natiq-Əliyev   Xəstəxana  





Xəbər lenti