Dəyişkən buludlu hava şəraiti gözlənilir

Dəyişkən buludlu hava şəraiti gözlənilir
  31 Avqust 2013    Oxunub:2002
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Аvqustun 31-dən sentyabrın 1-dək Respublika ərazisində isti, bəzən çox isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafına müsbət təsir göstərəcək. Lakin bir çox rayonlarda əkinlərin suvarmaya ehtiyacı saxlanılacaq. Ümumiyyətlə, gözlənilən hava şəraiti bir çox rayonlarda bağlarda meyvələrin və bostanlarda tərəvəzin, üzüm bağlarında isə süfrə üzümünün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq.


Teqlər:  





Xəbər lenti