Sarkisyan jurnalistləri "sındırır" - Yenə döyürlər, söyürlər

Sarkisyan jurnalistləri "sındırır" - Yenə döyürlər, söyürlər
  03 May 2017    Oxunub:1863
2017-ci ilin əvvəlidə Ermənistan KİV-ləri söz azadlığı baxımından gərgin anlar yaşayıb. Bu, əsasən Ermənistanda keçirilən parlament seçkilərinin işıqlandırılması ilə əlaqədardır.
AzVision.az xəbər verir ki, bu barədə mayın 3-də mətbuat azadlığı günü münasibətilə keçirilən konfransda Söz Azadlığının Müdafiəsi komitəsinin sədri Aşot Melikyan bildirib.

“Komitənin 2017-ci ilin birinci rübündə hesabatları göstərir ki, Ermənistanda söz azadlığının reqressiv tendensiyası var. Seçiklərin işıqlandırılması ilə bağlı olan birinci rüb kifayət qədər gərgin olub. Seçkiqabağı dövrdə, seçkilər zamanı sosial-siyasi atmosfer qızışır və mediaya qarşı təzyiqlər artır"- deyə Aşot Melikyan bildirib.

Daha sonra komitə sədri xatırladıb ki, "Freedom House" və "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatlar tərəfindən nəşr edilən hesabatlara görə, Ermənistan söz azadlığı baxımından geriləyən ölkələr sırasındadır.

Onun sözlərinə görə, seçkiqabağı dövrdə jurnalistlərə qarşı fiziki zorakılıq halları qeydə alınıb. Qeydə alınan müxtəlif növlü təzyiqlərdən 18-i isə seçkiqabağı dövrlə bağlıdır.

Şahin Qocayev
AzVision.az




Teqlər:





Xəbər lenti