Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı
  19 Aprel 2017    Oxunub:1117
Türkiyə hökuməti ölkə ərazisində fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) qərar qəbul edib.

Qərara əsasən Türkiyədə fövqəladə vəziyyət rejimi iyulun 19-dək davam edəcək.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət 2016-il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.

AzVision.az


Teqlər: Türkiyə   TBMM  





Xəbər lenti