İrəvana uçan təyyarədə insident: Sərnişin stüardessanı döydü

İrəvana uçan təyyarədə insident: Sərnişin stüardessanı döydü
  18 Aprel 2017    Oxunub:8467
Bu gün səhər saatlarında Moskvadan İrəvana uçan təyyarədə insident baş verib. AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sərnşinlərdən biri “Yutair” aviaşirkətinə məxsus təyyarədə ekonom klassda uçmaq istəməyib və biznes klassa keçib.
Bu hərəkətinə görə, sərnişinə irad bildirilib. Bundan qəzəblənən sərnişin stüardessa ilə dalaşmağa başlayıb, daha sonra pilotun kabinəsinə daxil olub. Pitolu döymək istəyən sərnişini çətinliklə sakitləşdirmək olub.

Söyüş və təhdidlərdən sonra ekipaj uçuşdan imtina edib və heyət təyyarəni tərk edib. Qalmaqala səbəb olan sərnişin zorla təyyarədən endirilib.

Digər sərnişinlər isə başqa təyyarə ilə İrəvana uçub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Moskva   İrəvan   Təyyarə  





Xəbər lenti