Dünyanın ən təhlükəli ölkələri - Siyahıda Ermənistan da var

Dünyanın ən təhlükəli ölkələri - Siyahıda Ermənistan da var
  14 Aprel 2017    Oxunub:8841
Dünya İqtisadi Forumunun (WEF) reytinq cədvəlində Ermənistan ən təhlükəli ölkələr sırasında 84-cü yeri tutub. WEF-in ekspertləri bu məsələdə 136 ölkəni qiymətləndirib.
AzVision.az xəbər verir ki, cədvəl müxtəlif amillər əsasında, biznes mühiti, təhlükəsizlik, sağlamlıq, qida, silahlı münaqişələrin mövcudluğu, cinayət və terror təhlükəsi səviyyəsinə görə hazırlanıb.

Finlandiya dünyanın ən təhlükəsiz ölkələrinin reytinq siyahısında birinci yerdə qərarlaşıb. İkinci yerdə BƏƏ, üçüncü yerdə İslandiya, 109-cu yerdə isə Rusiyadır.

Ekspertlər ən təhlükəli ölkələr kimi Kolumbiya (136), Yəmən (135) və Salvadoru (134) ön sıralarda göstərib. Ermənistan isə ən təhlükəli ölkələrin sırasında 84-cü yerdədir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Reytinq   Təhlükə  





Xəbər lenti