Gürcüstan Rusiyadan qaz alışını dayandırdı – Azərbaycana görə

Gürcüstan Rusiyadan qaz alışını dayandırdı – Azərbaycana görə
  12 Aprel 2017    Oxunub:2852
Gürcüstan bu ilin sonuna qədər “Qazprom”dan qaz almağı planlaşdırır, aprel ayından qaz təchizatı Azərbaycandan olan tədarük hesabına həyata keçirilir. AzVision.az xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze İctimai televiziyanın efirində deyib.
Nazirin sözlərinə görə, Gürcüstan yanvar ayından mart ayına qədər Rusiyadan 100 milyon kub metr qaz alıb. O, vurğulayıb ki, bu ilin əvvəlində “Qazprom”la bağlanan müqavilə Rusiyadan qaz asılılığını azaltmağa imkan verir.

“Rusiya qazının Ermənistana tranzitinə görə aldığımız vəsaitlə biz Azərbaycandan qaz almaq imkanına malikik. Lazım olsa İrandan da qaz ala bilərik”,- deyə Kaladze vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Gürcüstan   Azərbaycan  





Xəbər lenti