Sarkisyan 93 yaşlı müğənnini 70 yaşlı həkimlə əvəzləyir

Sarkisyan 93 yaşlı müğənnini 70 yaşlı həkimlə əvəzləyir
  12 Aprel 2017    Oxunub:1756
93 yaşlı müğənni Şarl Aznavur artıq Ermənistanın İsveçrədəki səfiri vəzifəsində çalışmayacaq. O, həmçinin BMT-nin Cenevrə ofisindən də ayrılır. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu vəzifəyə təyinat məsələsi Ermənistan üçün çox əhəmiyyətlidir.
Hazırda səfir postuna Ermənistanın yeni səhiyyə naziri vəzifəsində adı hallanan, respublikaçı Ara Babloyanın təyinatı nəzərdə tutulur.

Maraqlıdır, məhşur müğənnini ixtisasca cərrah-uroloq olan 70 yaşlı Babloyan təmsil edəcək.

Xatırladaq ki, artıq onun diplomatik fəaliyyəti haqqında qərar qəbul edilib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Səfir  





Xəbər lenti