Klinton Corc Buşa corab hədiyyə etdi

Klinton Corc Buşa corab hədiyyə etdi
  10 Aprel 2017    Oxunub:1880
ABŞ-ın sabiq prezidenti Bill Klinton böyük Corc Buşu ziyarət edərək ona corab hədiyyə edib.
AzVision.az xəbər verir ki, bu barədə Klinton öz “Twitter” səhifəsində məlumat paylaşıb.

“Bu gün Hyustonda böyük Corc Buş və onun həyat yoldaşı ilə vaxt keçirmək olduqca xoş idi. Biz övladlar, keçmiş və indiki vaxtlardan söhbət etdik. Və corablardan”, - deyə yazan Klinton əlil arabasında oturan Buşa corab hədiyyə etməsini əks etdirən fotostunu paylaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   BillKlinton   Buş  





Xəbər lenti