Heroinli dovğa- FOTO

Heroinli dovğa-  FOTO
  28 Avqust 2013    Oxunub:1532
Penitensiar xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Zamir Qərib oğlu Yusifova vətəndaş Murad Cəsur oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman 1 litr həcmində "Dovğa"nın içərisində şəffaf sellofan bükülülərdə xalis çəkisi 0,737 qram olan narkotik vasitə "Heroin" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti