Məşhur cinayətkar Sarkisyanın rəqiblərinə silahlı hücum etdi

Məşhur cinayətkar Sarkisyanın rəqiblərinə silahlı hücum etdi
  01 Aprel 2017    Oxunub:3562
Ötən gün İrəvanın Malatiya-Sebastia inzibati rayonunda bir qurup şəxs müxalif "Yelk ittifaqı"nın nümayəndələrinə silahlı hücum edib. AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, araşdırmalardan sonra məlum olub ki, silahlı hücumu törədən şəxs "Manax" ləqəbli Artur Ayvazyandır.
Məlumata görə, Artur Ayvazyan (Manax) 1999-cü ilin 27 oktyabr tarixində Ermənistan parlamentinə təşkil edilən hücumda şahidlərdən birinin sifarişi və cinayətinin təşkili ilə əlaqədar 14 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, seçki prosesinə bir gün qalmış müxalifətçilərə qarşı xüsusi hazırlıq keçən cinayətkarlardan istifadə edilməsi Sarkisyan rejiminin kriminal və cinayətkar simasının göstəricisidir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Müxalifət   Sarkisyan  





Xəbər lenti