Yəmən prezidenti barədə ölüm hökmü çıxarıldı

Yəmən prezidenti barədə ölüm hökmü çıxarıldı
  26 Mart 2017    Oxunub:2717
Yəməndə qiyamçı husilərin “Ənsar” hərəkatının nəzarətində olan Sənada Təhlükəsizlik Məhkəməsi prezident Mənsur Hadi barədə ölüm hökmü çıxarıb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, Yəmən prezidenti “dövlətə xəyanət”də günahlandırılıb. Hadi ilə bərabər Yəmənin ABŞ-dakı səfiri Əhməd Avadh bin Mübarək, sabiq xarici işlər naziri Riyad Yasin də daxil olmaqla, 6 məmur “işğalçı” Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda ittiham olunaraq haqlarında ölüm hökmü çıxarılıb.

AzVision.az


Teqlər: Yəmən   Prezident   Ölüm  





Xəbər lenti