Əfsanəvi amerikalı musiqiçi vəfat edib

Əfsanəvi amerikalı musiqiçi vəfat edib
  19 Mart 2017    Oxunub:2273
ABŞ-ın əfsanəvi rok-n-rol ifaçısı Çak Beri martın 18-də 90 yaşında vəfat edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, “Johnny B. Goode”, “Roll Over Beethoven”, “Sweet Little Sixteen” kimi unudulmaz əsərlərin müəllifi olan Ç.Beri Missuridəki evində dünyasını dəyişib.

Əfsanəvi gitara ifaçısı bir sıra musiqi nəsillərinin yararlandığı böyük irs qoyub gedib. O, 1950, 60 və 70-ci illərdə məşhur olan “Sweet Little Sixteen”, “School Days”, “My Ding a Ling” kimi hitlərin müəllifidir.

AzVision.az


Teqlər: Amerika   Musiqi  





Xəbər lenti