Azərbaycanlı məmur 3,7 milyon dollara azadlığa çıxdı

Azərbaycanlı məmur 3,7 milyon dollara azadlığa çıxdı
  17 Mart 2017    Oxunub:2171
Korrupsiya işi üzrə araşdırmalar zamanı həbs olunan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq sədri, azərbaycanlı Roman Nəsirov 100 milyon qriven (3,7 milyon dollar) dəyərində girov qarşılığında azadlığa buraxılıb. AzVision.az bu barədə “112 Ukraina” saytına istinadən xəbər verir.
“Bu astronomik məbləği tapdıqları üçün öz ailəmə minnətdaram. Hesab edirəm ki, hazırda KİV vasitəsilə bütün məlumatları yenidən yoxlamaq və günahsız olduğumu sübut etmək imkanlarım var”, - deyə Nəsirov bildirib.

Məlumatda qeyd olunur ki, Nəsirov ailəsinin girov qoymaq üçün bu qədər vəsaiti haradan aldığını açıqlamayıb.

Qeyd edək ki, martın 3-də azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bundan əvvəl DFX-nın binasında axtarış aparılıb.

Nəsirovun vəkilləri onun huşsuz vəziyyətdə olduğunu əsas gətirərək, istintaq tədbirlərinin qanunazidd aparıldığını iddia ediblər. Onlar R.Nəsirovun saxlanılması qərarından şikayət verəcəklərini bildiriblər.

Məlumata görə, huşsuz vəziyyətdə olan Roman Nəsirov xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Nəsirovun infarkt keçirdiyini bildiriblər.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti